Xəbər lenti

ABŞ
Dünya 21:30 02.09.2025

ABŞ "Titanik"in axtarışını SSRİ-dən niyə gizlədib və kəşf necə edilib?

1912-ci il aprelin 15-nə keçən gecə son yüzilliklərin ən dəhşətli faciələrindən biri baş verib. "Titanik" adlanan və batmaz hesab olunan gəmi ilk səfəri zamanı Atlantik okeanının dibinə çöküb. O vaxtdan bəri onun qalıqları okeanın sirli xəyalina çevrilub. Onilliklər boyu alimlər, tədqiqatçılar və macərapərəstlər layneri tapmağı arzulayıb, lakin texniki imkanlar kifayət qədər məhdud olub.

Qaynarinfo xəbər verir ki, yalnız 1970-ci illərdə vəziyyət dəyişməyə başlayıb: sualtı texnologiyalar təkmilləşib, kamera və sonarlarla təchiz olunan qurğular yaradılıb, bu isə ümidləri artırıb. Həmin dövrdə Robert Ballard "Titanik"i tapmaq üçün ilk cəhdini edib. Uğursuz alınsa da, bu, 1985-ci ildə baş tutacaq tarixi kəşfə aparan mühüm mərhələ olub. Sonradan məlum olub ki, həmin ekspedisiya əslində gizli hərbi missiyanın örtüyü olub. Bu barədə "CNN" məlumat yayıb.

Ballardın "Titanik"i axtarışı 1985-ci illə məhdudlaşmayıb. O, 1977-ci ildə də ekspedisiya təşkil edib, lakin 900 metrlik boru qırıldığı üçün nəticə alınmayıb. Bu təcrübə və canlı görüntüyə ehtiyac alimi əmin edib ki, məsafədən idarə olunan videokameralı sualtı aparat ən yaxşı seçimdir. Lakin maliyyə dəstəyi tapmaq asan deyil.

Nəticədə dəstəyi ABŞ Hərbi Dəniz Qüvvələri göstərib. Onlar dərinliklərdə çəkiliş aparmağa imkan verən "Argo" sisteminin hazırlanmasında maraqlı olublar. Bu texnologiya 1960-cı illərdə Atlantikdə batan iki nüvə sualtı qayığının – "USS Thresher" və "USS Scorpion"un – taleyini öyrənmək və soyuq müharibə dövründə kəşfiyyat məlumatı toplamaq üçün nəzərdə tutulmuşdu.

Ballard hərbi dənizçiləri inandıra bilub ki, sualtı qayıqların araşdırılması zamanı azacıq vaxt ayıraraq "Titanik"i də axtarsın. Beləliklə, axtarış əslində gizli əməliyyatın pərdəsi olub.

"İnsanlar o vaxt bilmirdilər ki, "Titanik"i axtarmaq əslində mənim hərbi kəşfiyyat zabiti kimi icra etdiyim gizli əməliyyata örtük idi. Biz istəmirdik ki, SSRİ sualtı qayıqların dəqiq yerini bilsin", deyə Ballard sonradan bildirib.

Buna baxmayaraq, Ballardın uğura zəmanəti yox olmayıb: vaxt az olub, üstəlik, fransız mühəndis Jan-Lui Mişelin rəhbərlik etdiyi IFREMER institutunun komandası daha mürəkkəb bort sonarı ilə axtarış aparırmış. Razılaşmaya əsasən, gəmini fransızlar tapmalı, Ballarda isə çəkiliş üçün bir həftə ayrılmalı imişlər. Lakin fransızların cəhdi nəticəsiz qalıb və nəhayət, Ballardın "ip üzərində kamera" sistemi "Titanik"in qalıqlarını qeydə alıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->