Xəbər lenti

Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı
Ekonomiks 10:29 13.06.2026

Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,35 ABŞ dolları və ya 6,55 % azalaraq 90,5 ABŞ dolları təşkil edib.

Qaynarinfo xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 88,23 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,33 ABŞ dolları və ya 6,69 % azalaraq 88,23 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
--> -->