“Rusiyada yaşayan azərbaycanlılar baş verən hadisələrdən çox təəssüflənirlər. Mərhumun ailəsinə başsağlığı verir və heç bir halda qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovu dəstəkləmirlər”.
Bu barədə Rusiya Azərbaycanlıları İttifaqı “AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiyada iğtişaşlara səbəb olan qətl hadisəsi ilə bağlı “Dojd” telekanalına müsahibə verərkən bildirib.
“Bütün baş verənlər sistemin mövcud olmamasının göstəricisdir. Hər kəs bilirdi ki, bu bazarlar Moskva şəhərinin ərazisində mövcduddur. Hər gün ora gedirdilər. Bu bazarlara gələnlər kosmosdan gəlmirlər ki. Orxan Zeynalov Rusiyaya kosmosdan uçub gəlməyib. O, sərhədi, gömrüyü keçib".
A.Abbasov bildirib ki, viza tədbiq etmək öz ölkəsinin təhlükəsizliyinin təmin etmək itəyən hər bir ölkənin haqqıdır. Hər bir vətəndaş yaşadığı ölkənin qanunlarına riayət etməlidir. "Amma bir insanın şablon kimi istifadə etmək yaxşı xüsusiyyət deyil. Orxan Zeynalov cinayət törədib, sübut ediblər, etiraf edibsə qoy Rusiya Federasiyasının qanunlarına uyğun olaraq ən ağır şəkildə çəzalandırılsın. Amma şablonlaşdırmaq və bu xalqın bütün üzvlərini bura aid etməklə razı deyiləm".
O, bütün regionlarla əlaqə saxladığını və təmkinli olmağa çağırdığını deyib. // ANS PRESS
Qaynar.info
Şərhlər