Xəbər lenti

Dünya 10:39 27.07.2013

ABŞ 100 yaşlı azərbaycanlıya vətəndaşlıq verdi

Əslən Güney Azərbaycandan olan Xatun Xoyxani 15 il gözlədikdən sonra ABŞ vətəndaşlığın alıb.

Lent.az-ın məlumatına görə, onun 100 yaşı var. O, bu il ABŞ vətəndaşı olmuş ən yaşlı sakindir.

Bu yaşlı qadın 1998-ci ildən Los - Ancelosa mühacirət edib.

Yerli vətəndaşlıq və mühacirət xidməti bildirib ki, son 50 ildə yüz və ondan artıq yaşı olan 27 nəfərə ABŞ vətəndaşlığı verilib.

Vətəndaşlıq almış ən yaşlı mühacirin 117 yaşı olub. O, Türkiyədən köçən Mannik Boxçaliandır.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?