Mərkəzi Amerika ölkələrindən hrəkət edərək qanunsuz yollarla ABŞ-a keçmək istəyən 29 mindən çox miqrant ötən ay Meksikada saxlanılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Meksikanın Gömrük və Sərhədin Mühafizəsi Qurumu məlumat yayıb. Məlumatda qeyd olunub ki, 29 min 200 qanunsuz miqrant yanvar ayında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Açıqlamada ötən ilin noyabrında bu rəqəmin 32 min 514 nəfər, dekabrda isə 32 min 857 nəfər olduğu vurğulanıb.
Miqrantların çoxu Quatemala və Meksika üzərindən ABŞ-a keçməyə cəhd edirlər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra Mərkəzi və Cənubi Amerikadan gələn miqrantların Meksika sərhəddində gözlədilməsi barədə qərar qəbul etmişdi.
Camal
Şərhlər