"Koronavirus səbəbindən ölən amerikalılar üçün 3 gün boyunca bütün federal binalar və milli abidələrdəki bayraqlar yarıya endiriləcək".
Qaynarinfo xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp tvitter hesabında yazıb. O, ölən hərbi qulluqçuların xatirəsi üçün də bazar ertəsi günü bayraqların yarıda olacağını bildirib.
Qeyd edək ki, bu günə qədər ABŞ-da 1 milyon 600 minə yaxın epidemiyaya yoluxub, 96 mindən çox insan həyatını itirib.
Camal
Şərhlər