Video 13:09 31.05.2020

ABŞ-da dünyanın ən böyük elektrik təyyarəsi sınaqdan keçirildi (VİDEO)

ABŞ-da dünyanın ən böyük hidroelektrik təyyarəsi ilk uçuşunu həyata keçirib. Təyyarə Vaşinqton ştatı üzərində, demək olar ki, səssizcə yarım saat ərzində bir neçə dövrə vurub.

Qaynarinfo xəbər verir ki, qurğu MagniX kompaniyası tərəfindən Cessna Grand Caravan 208. piston hidro-təyyarənin bazası əsasında hazırlanlb. Magni500 mühərriki dəqiqədə 1,9 min sürət qazana bilər.

İstehsalçılar 2021-ci ilə qədər ABŞ Mülki Aviasiya Administrasiyasının (FAA) müntəzəm uçuşlar üçün icazə verəcəyini və bundan sonra təyyarənin sərnişinlərlə ilk uçuş həyata keçirəcə biləcəyini gözləyirlər.

Alpər