ABŞ-ın Uiçito şəhərində (Kanzas ştatı) baş vermiş partlayış baş verib.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Kanzas ştatının Uiçito şəhər polis idarəsinin "Tvitter” səhifəsində məlumat yerləşdirilib. Hadisə zamanı azı 3 polis əməkdaşı yaralanıb.
Hadisə polis əməkdaşları şəhərdə yaşayış olmayan bir evə daxil olan zaman baş verib. Naməlum partlayıcı qurğunun işə düşməsi nəticəsində iki polis əməkdaşı yüngül, bir polis əməkdaşı ağır yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlardan ikisinin xəsarəti yüngüldür, bir nəfərin vəziyyəti isə ağırdır.
Polis daha sonra bildirib ki, yaralılardan biri xəstəxanadan evə buraxılıb.
Şərhlər