Dünya 20:23 11.08.2019

ABŞ-da supermarketi atəşə tutmaq istəyən şəxs saxlanıldı

ABŞ-da növbəti qətliamın qarşısı alınıb.

Qaynarinfo xəbər verir ki, 26 yaşlı ölkə vətəndaşı Riçard Kleyton Floridada "Walmart” supermarketlər şəbəkəsinə daxil olaraq mağazanı atəşə tutmaqla hədələyib. Lakin hüqu-mühafizə orqanları onu saxlayıb.

Qeyd edək ki, Riçard Kleyton avqustun 6-da "Facebook"da tezliklə "AR-15" tüfəngini alacağını yazıb və insanları növbəti həftə "Walmart" mağazasına gəlməməyə çağırıb. Onun ağ irqin üstünlüyünü dəstəkləyən ideologiyanın tərəfdarı olduğu bildirilir.

Onu da qeyd edək ki, avqustun 3-də 21 yaşlı Texas ştat sakini El-Paso şəhərində "Walmart” supermarketində insanları atəşə tutub. Nəticədə 22 nəfər ölüb, 20 nəfər yaralanıb. Bi gün sonra isə Deytonun Oreqon rayonunda silahlı insident nəticəsində 10 nəfər ölüb, 30-dan çox insan yaralanıb.