Dünya 20:59 20.06.2021

ABŞ-da tufan: 10 uşaq həlak oldu

ABŞ-ın Alabama ştatında siklon leysan yağışlar, daşqınlar və güclü küləyə səbəb olub, bu isə 12 nəfərin həlak olmasına gətirib çıxarıb.

"Report” xəbər verir ki, bu barədə "USA Today qəzeti” bildirib.

Qeyd edilir ki azı 10 nəfər, o cümlədən 9 uşaq iki avtomobilin toqquşması zamanı həlak olub. Yol-nəqliyyat hadisəsinə hava şəraiti səbəb olub.

Bundan başqa, bir böyük və uşaq yaşayış evinə ağacın düşməsi nəticəsində ölüb.