ABŞ Rusiyadakı siyasi dəyişikliklərdən xəbərdardır və baş verənləri izləyir.
Qaynarinfo xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun açıqlamasında deyilir. Ortaqus Ağ Evin "Rusiya vətəndaşlarının tərəfində olduğunu" vurğulayıb və ayrıca, yeni hökumətin Rusiyanın xarici siyasətindəki dəyişikliklərlə bağlı ABŞ-ın tələblərini nəzərə alacağına ümid etdiyini bildirib.
Sonda Ortaqus ABŞ Prezidenti Donald Trampın dəfələrlə iki ölkə hökumətləri arasında münasibətləri yaxşılaşdırmaq istəyini dilə gətirdiyini qeyd edib.
Bundan bir qədər öncə bildirilmişdi ki, Ağ Ev hələ Rusiyada hökumətin istefası ilə bağlı heç bir mövqe ortaya qoymayıb və hazırda "bu elanın nə demək olduğunu başa düşməyə çalışır”.
Xatırladaq ki, dünən, 15 yanvarda Dmitri Medvedyevin rəhbərlik etdiyi Rusiya hökuməti istefa verib. Yeni yaradılan Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsi Medvedevin özünə təklif edilib. Baş nazir postuna isə 2010-cu ildən Rusiya Federal Vergi Xidmətinə rəhbərlik edən Mixail Mişustinin namizədliyi təklif edilib.
Alpər
Şərhlər