ABŞ Səudiyyə Ərəbistanına qarşı sanksiya barədə qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Katibi Mayk Pompeo məlumat verib. Qərara görə, 16 Səudiyyə vətəndaşının ABŞ-a girişinə qadağa qoyulub. Sanksiya siyahısında Vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın keçmiş məsləhətçisi Suud Əl Kahtani də yer alıb.
Sanksiyanın səbəbi kimi insan haqlarının pozulması və korrupsiya halları göstərilib.
Gülşən
Şərhlər