Dünya 12:54 16.07.2019

ABŞ-dan Səudiyyə əleyhinə 2 qərar

ABŞ Təmsilçilər Məclisi Səudiyyə Ərəbistanı əleyhinə 2 qanun layihəsi qəbul edib.

Qaynarinfo Aj Jazeera-yə istinadən xəbər verir ki, qərara səbəb Səudiyyəli jurnalist Camal Qaşıqçının qətlidir. Keçirilən səsvermədə qanun lehinə 405 səs, əleyhinə 7 səs verilib. Qəbul edilən qanun layihəsi ilə ABŞ İstanbulda təşkil edilən qətldə iştirak edən şəxslərin ictimaiyyət arasında ifşası və viza qadağası tələb edir.

Təmsilçilər Məclisi həmçinin Səudiyyə Ərəbistanında qadın fəalların həbsini qınayan qanun layihəsi qəbul edib.

Gülşən