Dünya 16:41 21.10.2018

ABŞ-dan Səudiyyəyə sanksiya açıqlaması

ABŞ-ın xəzinə naziri Stiven Mnuçin Səudiyyə Ərəbistanına sanksiya tətbiq etmək məsələsi barədə açıqlama verib.

Qaynarinfo xəbər verir ki, nazir sanksiya barədə yekun qərar üçün hələ tez olduğunu deyib. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının qətlində ittiham edilir. Qaşıqçı 2 oktyabrda İstanbulda yerləşən Səudiyyə konsulluğunda itkin düşüb.

Məsələ ilə bağlı danışan ABŞ prezidenti Donald Tramp ölkənin cinayəti qəbul etməsinə diqqət çəkmiş və jurnalistin konsulluqda baş verən qarşıdurmada ölməsi barədə izahını inandırıcı adlandırmışdı. Tramp həmçinin Səudiyyənin Yaxın Şərqdə İrana qarşı böyük müttəfiq olduğunu dilə gətirib. Mnuçin növbəti həftə ər-Riyada gedərək səudiyyəli həmkarı və enerji naziri ilə görüşəcək. Daha əvvəl isə dövlət katibi Mayk Pompeo ər-Riyada səfər edib.

İngiltərə isə Səudiyyənin izahının inandırıcı olmadığını dilə gətirərək Türkiyənin həyata keçirdiyi istintaq prosesinə dəstək verib. Fransa isə cinayətdə üzə çıxmalı məsələlərin olduğunu vurğulayıb. 

Gülşən