Xəbər lenti

“ABŞ daxili işləri ilə məşğul olsun” - Rusiya XİN
Dünya 20:41 23.01.2021

“ABŞ daxili işləri ilə məşğul olsun” - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı səfirliyinin Rusiyada keçirilən aksiyalarla bağlı verdiyi bəyanata münasibət bildirib.

Nazirlik bildirib ki, ABŞ daxili problemləri ilə məşğul olmalı və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırmalıdır:

"ABŞ səfirliyi 6 yanvarda Vaşinqtonda təşkil olunan nümayişlərə və Kapitoliyə basqın cəhdlərinə heç bir şəkildə reaksiya verməyib, həmçinin baş verən qətl və həbsləri qınamayıb.

İkiüzlülük - koronavirus epidemiyası dövründə xüsusilə təhlükəli hala gələn Amerika diplomatiyasının vasitəsidir. Öz problemlərinizə baxın və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırın”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->