ABŞ fevralın 29-da Talibanla imzalanan saziş çərçivəsində Əfqanıstandakı əsgərlərini geri çəkməyə başlayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 2001-ci ildə gerçəkləşən 11 Sentyabr hadisələrinin ardınca Əfqanıstana daxil olan ABŞ-ın burada 12 min hərbçisi var. Vaşinqton 135 gün ərzində bu rəqəmi 8 min 600-ə endirəcək.
ABŞ və NATO-dakı müttəfiqləri ölkədəki digər əsgərlərini isə Taliban öhdəliklərini yerinə yetirərsə, 14 ay ərzində geri çəkəcəklər.
Qeyd edək ki, Taliban razılaşmaya əsasən Əfqanıstanın Əl-Qaidə kimi terror qruplaşmaların bölgəsinə çevirməyəcəyi ilə bağlı ABŞ-a təminat verib. Əfqanıstan hökuməti isə danışıqlara qatılmayıb. Kabil administrasiyası 5 minə yaxın Taliban üzvünün sərbəst buraxılması üçün qruplaşmanın birbaşa onlarla müzakirəyə daxil olması şərtini irəli sürür. Lakin Əfqanıstan prezidenti Əşrəf Qəninin bu həftə azı 1000 məhkumun sərbəst buraxılmasını nəzərdə tutan sərəncamı imzalayacağı bildirilir.
Camal
Şərhlər