Texnologiya 20:52 03.09.2019

ABŞ “Huawei”ə alternativ 5G şəbəkəsi yaratmağı nəzərdə tutur

"ABŞ "Huawei” texnologiyalarına alternativ 5G şəbəkəsini təkmilləşdirməkdə İrlandiya ilə əməkdaşlığa ümidvardır".

Qaynarinfo report-a istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens İrlandiyanın baş naziri Leo Varadkarla birgə mətbuat konfransında bildirib.

"Biz "Huawei”ə alternativ 5G şəbəkəsi yaratmaq üçün bütün dünya telerabitə şirkətlərilə çalışır və İrlandiya ilə də bu məsələdə əməkdaşlıq edə biləcəyimizə ümidvarıq” – deyə Ağ Ev rəsmisi qeyd edib.

Xatırladaq ki, ötən gün ABŞ vise prezidenti M.Pens ilə Polşa baş naziri Matey Moravetzki tərəfindən imzalanan "5G şəbəkələrinin təhlükəsizliyi” bəyannaməsində beşinci nəsil rabitə şəbəkəsinin təhlükəsizliyinə dair daha əvvəl qəbul olunmuş sənədlərə, o cümlədən sağlam rəqabət və mövcud hüquqi sənədlərə əsasən yaradılmaları müddəalarına əməl etmək nəzərdə tutulur.

15 may tarixində ABŞ prezidenti Donald Tramp ölkənin informasiya və rabitə infrastrukturunu xarici təhdidlərdən qorumaq üçün fövqəladə vəziyyət fərmanı imzalamışdı. Bununla bağlı mayın 17-dən "Huawei” milli təhlükəsizliyə təhlükə yaratdığı üçün qara siyahıya salınıb. Mayın 20-dən isə şirkətə şəbəkələrin servisini həyata keçirmək, mobil cihazları üçün proqrramlar təmin etmək hüququ verən 90 günlük xüsusi lisenziya verildi.