Xəbər lenti

ABŞ-ın 16 ştatı Trampı məhkəməyə verdi
Dünya 13:16 19.02.2019

ABŞ-ın 16 ştatı Trampı məhkəməyə verdi

ABŞ-da Kaliforniyanın da daxil olduğu 16 ştat prezident Donald Trampın "Fövqəladə Vəziyyət" qərarının ləğvi üçün məhkəməyə müraciət edib.

Qaynarinfo Kommersant.ru-ya istinadən xəbər verir ki, məhkəmə müraciəti Kaliforniya Baş Prokuroru Xavier Bekerra tərəfindən edilib. O, açıqlamasında prezident Trampın gücündən yanlış məqsədlərlə istifadəsini dayandıracaqlarını deyib.

Qeyd edək ki, Donald Tramp qanunsuz miqrantların ölkəyə girişinə mane olmağı nəzərdə tutan Meksika divarının tikintisinə başlamaq üçün ölkədə Fövqəladə Vəziyyət elan edib. Daha əvvəl Konqres bu tikinti üçün məbləğ ayrılmasına icazə verməyib. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->