Dünya 15:17 14.04.2019

Havay adasında güclü zəlzələ

ABŞ-ın Havay adasında 5,3 bal gücündə zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, Kailua-Kona şəhərində qeydə alınan zəlzələ yerin 16 km dərinliyində müşahidə edilib. Yeraltı təkandan əvvəl və sonra ümumilikdə 10 zəlzələ baş verib. Ərazidə 3300 evin işıqsız qaldığı bildirilir.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Gülşən