Ekonomiks 16:45 07.09.2019

ABŞ-ın qərarı Türkiyəni sevindirdi: Bir milyonu aşacaq...

ABŞ-ın Türkiyəyə səfər tövsiyəsini yeniləməsi türk turizmçilərini sevindirib.

Qaynarinfo xəbər verir ki, Türkiyə Otelçilər Birliyinin (TÜROB) sədri Mübərra Eresin Türkiyə ilə bağlı səfər xəbərdarlığını yumşaltmasının ABŞ ilə turizm əlaqələrinə ciddi təsir edəcəyini bildirib. Eresin 2-3 il içində ABŞ bazarında səyahətçilərin 1 milyon nəfərə çatmasının mümkün olduğunu qeyd edib.

Eresinə görə, ABŞ-dan gələn turist sayının 2015-ci ildə 798 min nəfərlik rekord rəqəmə çatsa da, 2016-cı ildən etibarən zəifləmə başlayıb. 2016-cı ildə 459 min, 2017-də 329 min, 2018-də isə 448 min amerikalı turist Türkiyəni ziyarət edib. 

Qeyd edək ki, ABŞ dünən Türkiyəyə səfər tövsiyəsini yeniləyib. Bununla da Türkiyə kateqoriyası 3-dən 2-yə enməklə Almaniya, Fransa və İngiltərə kimi əhəmiyyətli Avropa ölkələri ilə eyni kateqoriyaya daxil olub. 

ABŞ-ın 4 fərqli səviyyədə təqdim etdiyi səfər tövsiyyəsinə görə, ən risqli səviyyə 4, ən risqsiz səviyyə isə birdir.

Alpər Cəbrayıl