Xəbər lenti

ABŞ-ın skandal Türkiyə qərarından sonra Ermənistandan ilk reaksiya
Dünya 13:25 13.12.2019

ABŞ-ın skandal Türkiyə qərarından sonra Ermənistandan ilk reaksiya

"ABŞ Senatının qərarı ədalətin və həqiqətin qələbəsidir. Dünyadakı erməni xalqı adından bu vacib qərara görə Konqresə dərin təşəkkürümü bildirirəm”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan öz "Tvitter" hesabında yazıb.

Paşinyan qərarı "20-ci əsrdə ilk "soyqırım"ın qurbanı olmuş 1,5 milyon insanın xatirəsinə hörmət ifadəsi və bir daha təkrarlanmaması üçün cəsarətli bir addım" kimi qiymətləndirib.

Xatırladaq ki, dünən ABŞ Senatı 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı” kimi tanıyan bir qanun layihəsini qəbul edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->