Dünya 15:11 24.05.2020

ABŞ "Çinin əlindəki kukla" adlandırdırdığı təşkilatın analoqunu yaradır

ABŞ Ümumdünya Səhiyyə Təşkilatının analoqunu yaratmağa hazırlaşır. Yeni təşkilata ABŞ-da koronavirus epidemiyası ilə mübarizəyə rəhbərlik edən Debora Birksin rəhbərlik edəcəyi gözlənilir. 

Qaynarinfo xəbər verir ki, bu haqda "Politico” məlumat yayıb. Mediada yayılan məlumata görə, ABŞ lideri Donald Trampın administrasiyası artıq bu fikri müzakirə edir. Yeni təşkilatın Dövlət Departamentindəki bölmələrdən birinə çevriləcəyi güman edilir. Təşkilatın gələcəkdə yoluxucu xəstəliklərin yayılması ilə mübarizə aparacaq, pandemiya hazırlığının bütün aspektlərini izləyəcək bir mərkəz olacağı düşünülür.

KİV yazır ki, ideya artıq Dövlət Departamenti ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında fikir ayrılığı və mübahisələrə səbəb olub. Resurslara və hakimiyyətə nəzarətin itiriləcəyindən ehtiyat edilir.

Xatıladaq ki, bundan əvvəl Tramp pandemiya zamanı atdığı addımlara görə dəfələrlə ÜST-ü tənqid etmiş və hətta bütün şərtlər yaranana qədər maliyyəni dayandırmışdı. ABŞ lideri təşkilatı "Çinin əlindəki kukla" adlandırıb. Onun sözlərinə görə, ÜST 30 gün ərzində islahatlara zəmanət verməli və ABŞ-dan maliyyə almaq istəyirsə, "müstəqilliyini sübut etməlidir".

Alpər