Dünya 10:14 06.04.2019

ABŞ İran ordusunu terrorçu qruplaşma elan edəcək

ABŞ İranın İnqilab Keşikçiləri Korpusunu terror siyahısına daxil edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. ABŞ Dövlət Departamentinin 8 apreldə məsələ ilə bağlı bəyanat yayması gözlənilir.

Qeyd edək ki, xəbər öz təsdiqini tapsa, ABŞ, tarixində ilk dəfə dövlət ordusunu terror təşkilatı elan edəcək.

Gülşən