ABŞ İrana məxsus "Grace 1" tankerinin saxlanılmasına dair əmr verib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. "Grace 1" daha əvvəl Cəbəlüttariq tərəfindən ələ keçirilib və ötən günlərdə azad edilib. Tanker Avropa İttifaqının sanksiyalarını pozaraq Suriyaya qanunsuz yanacaq daşınmasında ittiham edilirdi.
ABŞ iddia edir ki, tanker terror təşkilatı elan etdiyi "SEPAH" üçün yanacaq daşıyır və qanunsuz şəkildə Suriyaya yardım göndərməyə çalışır.
Orderə görə, "Grace 1", göyərtəsindəki neft məhsulu, 995 min dollar vəsait müsadirə olunmalıdır.
Gülşən
Şərhlər