ABŞ kəşfiyyatı hələ noyabrda Çində Covid-19-un yayıldığını görüb, ancaq...

ABŞ kəşfiyyatı hələ noyabrda Çində Covid-19-un yayıldığını görüb, ancaq...

ABŞ xüsusi xidmət orqanları hələ noyabr ayında Çində ortaya çıxan yeni növ koronavirus haqqında məlumat əldə etməyə başlayıblar.

Qaynarinfo xəbər verir ki, bu haqda CNN keçmiş bir ABŞ hərbi məmuruna istinadla xəbər yayıb.

Telekanalın mənbəsinin verdiyi məlumata görə, noyabr ayında və ondan sonra toplanmış kəşfiyyat məlumatları yoluxma təhlükəsinin olduğundan xəbər verib. Kanalın məlumatına görə, ABŞ rəhbərliyinə Çində koronavirusun baş verməsi və təhlükələri barədə məlumat verildiyi konkret tarix bildirilməsə də, mənbə iddia edir ki, kəşfiyyat ABŞ prezidentinə yanvarın 3-də gündəlik brifinq zamanı çatdırılıb, çünki bu brifinqdə ABŞ kəşfiyyat qurumlarının Çində infeksiyanın başlaması və yayılma potensialı barədə məlumatları da yer alıb.

Bununla birlikdə, ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Ağ Evdə təşkil etdiyi mətbuat konfransında yeni koronavirusun ciddiliyini 2 fevralda, Çinə səyahət qadağalarının tətbiq edilməsindən az əvvəl öyrəndiyini bildirib.

Amerika liderinin gündəlik brifinqini hazırlayan Milli Kəşfiyyat Direktorunun aparatı, həm də Milli Təhlükəsizlik Şurası Çində baş vermiş hadisənin ilk xəbərdarlığıyla bağlı məsələyə aydınlıq gətirməyiblər.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR