Xəbər lenti

ABŞ kəşfiyyatı Qarabağda müharibə proqnozu verdi
Siyasət 18:20 07.03.2018

ABŞ kəşfiyyatı Qarabağda müharibə proqnozu verdi

Dağlıq Qarabağ ətrafındakı gərginlik 2018-ci ildə Azərbaycan və Ermənistan arasında genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər.

Qaynarinfo TASS agentliyinə istinadən xəbər verir ki, bu sözlər ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Koutsa məxsusdur.

MKİ rəhbəri bu il dünyada mümkün təhdidlərin qiymətləndirilməsi üzrə hazırladığı və ABŞ Senatına təqdim etdiyi hesabatda Dağlıq Qarabağdakı vəziyyətdən bəhs edib:

"Dağlıq Qarabağ regionu ətrafındakı gərginlik Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişəyə və Rusiyanın regional müttəfiqini dəstəkləməsinə gətirib çıxara bilər. Tərəflərdən heç birinin güzəştə getmək istəməməsi, tərəflərə artan təzyiqlər, Azərbaycanın sabit hərbi modernləşməsi və Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə genişmiqyaslı hərbi əməliyyatların baş verməsi riskini yaradır".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->