Xəbər lenti

ABŞ kəşfiyyatı: “Rusiya yenə Trampın prezident seçilməsinə kömək edəcək”
Dünya 10:42 21.02.2020

ABŞ kəşfiyyatı: “Rusiya yenə Trampın prezident seçilməsinə kömək edəcək”

ABŞ kəşfiyyat idarəsinin nümayəndələri Nümayəndələr Palatasında keçirdiyi brifinq zamanı Rusiyanın Donald Trampın yenidən seçilməsi üçün 2020-ci il prezident seçkilərinə müdaxilə etdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Nyu York Tayms” qəzeti beş informasiya mənbəsinə istinadən məlumat yayıb.

Qeyd edildiyi kimi, brifinq fevralın 13-də keçirilib və ertəsi gün Tramp bir neçə gün sonra işdən çıxaracağı milli kəşfiyyat direktoru Cozef Maquayranı tənqid edib. Nəşrin dəqiqləşdirməsinə görə, Ağ Ev rəhbəri Demokrat-konqresmenlərin əldə olunmuş məlumatlardan ona qarşı yararlana biləcəyinə inanır.

Çərşənbə günü Amerika lideri milli kəşfiyyat direktoru vəzifəsini ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenellin tutacağını deyib. Eyni zamanda, idarədəki iki mənbə, Maquayranın işindən azad edilməsi və Trampı narazı salan brifinqin təsadüfən üst-üstə düşdüyünə inandıqlarını bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->