ABŞ ordusunun dəniz piyada birliklə Kaliforniyanın Sierra Nevada dağlarında 10 dərəcəyə enən tempraturda müharibəyə hazırlaşır.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 2400 mert yüksəllikdə təlim keçən Amerika əsgərləri Rusiya, Çin, İran, Şimali Koreya kimi yüksək texnologiyaya sahib ölkələrə qarşı müharibə hazırlıqları keçir.
Dəniz piyadaları mümkün müzaribə zamanı qarşılaşa biləcəkləri problemlərlə mübarizə üçün dağlıq ərazidə və dondurucu soyuqda təlim keçirlər.
General Villam F. Mullen təlimlərlə bağlı "Son 17 ildə Əfqanıstan, İraq kimi müharibələr səbəbindən bu vəziyyəti düşünməyə fürsətimiz olmamışdı. Bu səbəbdən burdakı təlimlər çox vacibdir" deyib.
Təlimlərdə dronlardan və çətin maneələrdən istifadə olunur. Bütün il boyu davam edəcək və 1000-dən çox əsgərin qatılacağı təlimlər zamanı onlara donmamaq üçün suyu necə qızdıracaqları, necə geyinəcəkləri və nələr yeyəcəkləri öyrədilir.
Qeyd edək ki, Koreya mübahribəsi zamanı təxminən 7 min AABŞ əsgəri soyuq hava şəraitinə uyğunlaşa bilməyərək həlak olmuşdu. Ordu rəhbərliyi bənzər vəziyyətin yaranmaması üçün bu tip təlimlərə üstünlük verir.
Şərhlər