"CNN" kanalının Rusiyanı "Pokemon Go" oyunundan istifadə edərək ABŞ-dakı prezident seçkilərinə təsir göstərməkdə ittiham etməsi kanalın lağ hədəfi olmasına səbəb olub.
"Qaynarinfo" xəbər verir ki, kanal Rusiyanın prezident seçkiləri zamanı irqçilik və anlaşmazlıq yaratmaq üçün "Pokemon Go" oyunundan istifadə etdiyini iddia edib. Bildirilir ki, rusiyalı haker qrupu insanları polis şiddəti ilə məşhur bölgələrdə oyun oynamağa təşviq edib. Bunun üçün oyun oynayanlara hətta "Amazon"dan hədiyyə alış-veriş kartı da təklif edilib.
Bu iddia sosial şəbəkədə "Pikaçu rus agentidir" tipli fikirlərin səslənməsinə və ABŞ-ın lağ hədəfinə çevrilməsinə səbəb olub.
Məsələ ilə bağlı açıqlama verən Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova "CNN Rusiyanın siyasətə "Pokemon Go" oyunu ilə müdaxilə etdiyini iddia etdi. Bu məntiqlə düşünsək, ABŞ vətəndaşları siyasi mövqelərini Pokemonlar vasitəsilə müəyyənləşdirir. Kanal ABŞ-dakı irqçilik problemlərini belə məntiqsiz formada izah edir. Günahkar yenə ruslardır və iradələrindəki Pokemonlar" deyib.
Gülşən
Qaynarinfo.Az
Şərhlər