Xəbər lenti

ABŞ qonuşları üçün 890 milyon dollar ödəyəcəklər
Dünya 22:36 10.02.2019

ABŞ qonuşları üçün 890 milyon dollar ödəyəcəklər

Cənubi Koreya ölkə ərazisindəki ABŞ hərbçilərinin saxlanması üçün bu il 1,03 trilyon von (890 milyon ABŞ dolları) ödəyəcək. 

Qaynarinfo xəbər verir ki, bu ötən illə müqayisədə 8,2 faiz artıqdır. 

Bununla bağlı tərəflər arasında Koreya yarımadasındakı ABŞ qoşunlarının saxlanma xərclərinin bölünməsi barədə saziş imzalanıb. Sazişə əsasən, ABŞ ordusunun 28 min 500 nəfər şəxsi heyəti Cənubi Koreyada qalacaq. 

Qeyd edək ki, Seul və Vaşinqton arasında bununla bağlı mübahisələr var idi və danışıqlar uzun müddətdir davam edirdi. Məlumata görə, ABŞ maliyyə məsələsində güzəştə getməyə məcbur olub. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->