Dünya 18:27 08.11.2019

ABŞ: “Rusiya qonşu dövlətləri işğal edir, rəqibləri sıradan çıxarır”

Rusiya qonşu dövlətləri işğal altında saxlayır və siyasi rəqiblərini məhv edir.

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Berlində keçirilən konfransda deyib.

O əlavə edib ki, Rusiya Ukraynanın Pravoslav Kilsəsinə təzyiq göstərir, Krım tatarları və ukraynalılar Moskvanın hərəkətlərindən əziyyət çəkirlər. Eyni zamanda, Şimali Qafqazda hakimiyyətin arzuolunmaz hesab etdiyi hər hansı bir şəxs səssizcə "yoxa çıxır”.

Pompeo onu da vurğulayıb ki, AB ölkələrinə yanacaq tədarükü Rusiyanın asılılığından çıxmalıdır.

Alpər