ABŞ səfirliyi Bakıda təlimlərə başlayıb

ABŞ səfirliyi Bakıda təlimlərə başlayıb

ABŞ səfirliyinin İxracata nəzarət və sərhəd təhlükəsizliyi (EXBS) idarəsi oktyabrın 2-dən 6-dak kütləvi qırğın silahlarının aşkarlanması və cavab tədbirlərinin görülməsinə dair təlim keçirəcək. 

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, təlim gömrük əməkdaşlarının kütləvi qırğın silahları (KQS) (kimyəvi, bioloji, nüvə və raket) ilə tanış edəcək və onlara KQS-ni aşkar etmək, müəyyən etmək və müvafiq cavab tədbirləri görmək imkanı verəcək. 

Təlimdə radioloji silahlar (radiasiya yayan qurğular - RYQ), müxtəlif silah və materialların ölçüləri, formaları və onların qablaşdırılması, habelə onlara qarşı qoruyucu tədbirlər müzakirə olunacaq. 

Təlimə həmçinin real həyəcan siqnalı və müvafiq addımların atılmasına dair modullar, eləcə də praktiki məşğələlərə aşağı səviyyəli radioaktiv mənbələr və KQS təhlükəli materiallarını simulyasiya edən material və əşyalar da daxildir.

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR