Xəbər lenti

Dünya 15:22 14.08.2017

ABŞ-Şimali Koreya gərginliyi dünya böhranına səbəb ola bilər

Mütəxəssislər ABŞ-Şimali Koreya arasndakı münasibətlərin dünya bazarına ciddi təsir göstərə biləcəyini və böhranın daha da ağırlaşacağını deyir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ və Şimali Koreya liderlərinin hər kəlməsi və hədələri beynəlxalq bazara öz təsirini göstərir. Ötən həftə beynəlxalq səhm bazarının fakturası təxminən 500 milyard dollar olub. ABŞ-Şimali Koreya böhranının qızılın qiymətinə təsir göstərəcəyi gözlənilmir. 

Bildirilir ki, gərginlik ölkələrin valyutasına da təsirsiz ötüşməyəcək. Türkiyə lirəsi, rus rublu, Meksika pesosu və s. pul vahidlərinin dəyərdən düşəcəyi, yapon yeni, İsveçrə frankı kimi pul vahidlərinin isə dəyərə minəcəyi ehtimal olunur.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?