Texnologiya 13:32 04.11.2019

ABŞ şirkətlərinə Huawei-yə məhsul satmaq icazəsi veriləcək

ABŞ-ın Ticarət naziri Vilbur Ross ABŞ və Çin ticarət razılaşmasına dair optimizmini ifadə edərək, razılaşmanın ilk mərhələsinin bu ay ərzində imzalana biləcəyini və ABŞ şirkətlərinə Huawei-yə məhsul satmaları üçün "çox yaxın" bir zamanda lisenziya veriləcəyini bildirib.

Qaynarinfo xəbər everir ki, ölkə Prezidneti Donald Tramp isə bazar günü Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada, ticarət danışıqlarının tamamlanması halında müqavilənin ABŞ-da bir yerdə imzalana biləcəyini qeyd  edərək "Prioritetli olaraq razılaşmaq istəyirik. Görüşmək yeri, mənə görə çox asan olacaq" deyib.