Talibanla ABŞ arasında razılıq əldə edilib.
Qaynarinfo xəbər verir ki, Ali Sülh Şurasının rəhbər köməkçisi Din Məhəmməd bu barədə açıqlama verib. O bildirib ki, ABŞ Əfqanıstan xüsusi təmsilçisi Zalmay Xəlilzad ilə Taliban rəsmiləri arasında görüş keçirilib və xarici qüvvələrin ölkədən geri çəkilməsi barədə razılıq əldə edilib.
Xəlilzad həmçinin qeyd edib ki, Talibanla ABŞ arasında sülh danışıqlarının ilkin mərhələsi tezliklə başlaya bilər. Talibanın sülh şərtləri təşkilatın həbsdə olan üzvlərinin azad edilməsi, terror qrupu siyahısından çıxarılmasıdır.
Gülşən
Şərhlər