Dünya 10:05 21.08.2019

ABŞ Tayvana 8 milyardlıq təyyarə satışını təsdiq etdi

ABŞ Dövlət Departamenti Tayvana 8 milyard dollar dəyərindəki hərbi satışı təsdiq edib.

Qaynarinfo Al Jazeera-yə istinadən xəbər verir ki, "66 F-16C/D Blok 70" və digər lazımi hərbi vasitələrin satışına razılıq verilib.

Departament satışın təsdiqi barədə Konqresi məlumatlandırıb.

Qeyd edək ki, Tayvan Çin təhlükəsinə qarşı hərbi gücünü artırmaq qərarına gəlib. Bu addımın Çin-Tayvan, Çin-ABŞ münasibətlərini daha da gərginləşdirəcəyi gözlənilir.

Gülşən