Dünya 12:28 20.07.2019

ABŞ Venesuelanın 4 hərbçisini "qara siyahı"ya saldı

ABŞ Venesuelanın 4 hərbi qulluqçununun adını sanksiya siyahısına daxil edib.

Qaynarinfo xəbər verir ki, qərara səbəb hərbi çevriliş cəhdindən sonra həbs edilən sabiq donanma üzvü Rafael Akosta Arevalonun ölümüdür. Arevalonun həbsxanada işgəncələrdən sonra həyatını itirdiyi bidirilir. 

Qeyd edək ki, hadisədə ittiham edilən hərbçilərdən ikisi həbs edilib.

Gülşən