Onların həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycanda baş verən yol qəzasında ana və qızı ölüb. Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 14-də Abşeron rayonu ərazisində Zamiq Tağıyevin idarə etdiyi “Opel” markalı və Arzuman Bəkirovun idarə etdiyi “Nissan-Tida” markalı avtomaşınları toqquşub. Toqquşma nəticəsində Arzuman Bəkirovun həyat yoldaşı Kimayə və qızı Gülayə ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb. Hər iki şəxs dünən xəstəxanada vəfat edib.
Qaynar.info
Şərhlər