Video 23:10 21.04.2019

Abşeronda silahlı şəxs yaxalandı (VİDEO)

Abşeronda maşınında odlu silah gəzdirən şəxs saxlanılıb. Şübhəli şəxsdən silah və onun güllələri aşkarlanıb.

Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində odlu silah gəzdirən şübhəli şəxs tutulub. O, Bakı şəhər sakini, 43 yaşlı Məmməd Mirzəyevdir.

Saxlanılan Məmməd Mirzəyev polis bölməsinə aparılıb və isttintaqa cəlb olunub.

O, ilkin dindirmə zamanı silahı sellofan torbada tapdığını bildirib.

Qeyd edək ki, Məmməd Mirzəyev müxtəlif maddələr üzrə yeddi dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. (Xəzər TV)