Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb.
Trend-in məlumatına görə, hadisə Xırdalan qəsəbəsində baş verib.
Xırdalan şəhər sakini Salayev Aslan Ədalət oğlu "Carlsberg-Azerbaijan" şirkətinə məxsus idarə etdiyi "Seat İbiza" markalı avtomobillə 2011-ci il təvəllüdlü Məmmədzadə Əlixan Zaur oğlunu vurub.
Avtomobil azyaşlının ayağının üstündən keçib və sürücü hadisə yerindən qaçıb.
Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyatı hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Şərhlər