Abşerondakı bütün dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq (FOTOLAR)

Abşerondakı bütün dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq (FOTOLAR)

Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədi ilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin 3 iyun Ümumdünya Velosiped Günü münasibətilə yayımladığı məlumatda bildirilir

Məlumatda həmçinin deyilir ki, ADY-nin velosiped dayanacaqlarında parklanma ödənişsizdir. Hazırda Abşeron dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR