Acun Ilıcalı futbolu Bakıda izlədi (FOTOLAR)

Acun Ilıcalı futbolu Bakıda izlədi (FOTOLAR)

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı ötən gün Azərbaycana gəlib.

O, "AVRO-2020”nin A qrupunda yer alan Türkiyə-Uels oyununu izləmək üçün paytaxtımızda olub.

Acunun Bakı Olimpiya Stadionunda lentə alınan fotoları sosial şəbəkələrdə paylaşılıb.

"Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın və Türkiyə yığmasının sabiq üzvü Emre Belözoğlu da qardaş ölkə yığmasının oyununu paytaxtımızda izləyib.

Qeyd edək ki, ilk matçda İtaliya millisinə uduzan Şenol Günəşin komandası bu oyunda da məğlubiyyətlə üzləşib. Qarşılaşma Uelsin 2:0 hesablı qələbəsi ilə başa çatıb. /Qafqazinfo
X
XƏBƏRLƏR
BLOGLAR