Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi (VİDEO)

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi (VİDEO)

TV 8-in rəhbəri, məşhur "Survivor” yarışmasının aparıcısı Acun Ilıcalı növbəti dəfə rekorda imza atıb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Acun Ilıcalının "Instagram” hesabından açdığı canlı yayımı üç milyondan artıq istifadəçi izləyib.

Bununla da, sənətçi dünyada daha bir ilkə imza atıb.
 
Qeyd edək ki, buna qədər "Instagram”da ən çox izlənən canlı yayım məşhur reper Daniel Hernandesə (Tekaşi69) məxsus olub. 24 yaşlı reperin həbs cəzası barədə danışdığı canlı yayımında iki milyondan artıq istifadəçi olub.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image