Ağdamda güclü yağış, Qaxda külək: ağaclar aşdı, evləri su basdı (FOTO/VİDEO)
Ağdamda ötən gün yağan yağış nəticəsində məcburi köçkünlərin evlərini su basıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Üçoğlan kəndində qeydə alınıb.
Bir neçə saat davam edən yağış əkin sahələrinə də ziyan vurub. Dəymiş ziyanla bağlı Ağdam Rayon Fövqəladə hallar Komissiyası araşdırma aparır.
Qax rayonunda isə ötən gün axşam saatlarında əsən güclü külək və onunla müşaiyət olunan yağış fəsadlar törədib.
Rayonun Qıpçaq kəndində bir neçə tikilinin dam örtüyü uçub, iri gövdəli ağaclar avtomobil yollarına aşıb. Bundan başqa, taxıl sahələrinə də ziyan dəyib.
Qax Rayon İcra Hakimiyyətinin Qıpçaq kəndi üzrə icra nümayəndəsi Şahin Xurşudov bildirib ki, ərazidən nümayəndəliyə 5 müraciət daxil olub və tədbirlər görülüb:
"Gecə saatlarından etibarən yollara aşmış ağaclar kəsilərək ərazi təmizlənib. Külək nəticəsində kəndin elektrik enerjisi ilə təchizatına da ziyan dəyib, işıq sönüb. Hazırda qəza baş verən yerlərdə bərpa işləri görülür”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər