Siyasət 10:33 05.03.2021

Ağdərədə 2 erməni hərbçinin qalıqları tapıldı

Qarabağda axtarış işləri davam edir.
 
Dünən azad edilmiş Xocavənd və Füzuli rayonları ərazisində axtarış tədbirləri nəticə verməyib.

Bununla yanaşı, keçmiş Ağdərə rayonu ərazisində axtarışlar zamanı daha 2 erməni hərbçinin cəsədi tapılıb.

Beləliklə, hazırda Qarabağda axtarışlar zamanı tapılan ümumi cəsəd sayı 1488 nəfərə çatıb. / Modern.az