Xəbər lenti

Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi
Siyasət15:48 04.07.2025

Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov Rusiya Federasiyası vətəndaşlığından məhrum edilib.
Bu barədə məlumatı Oxu.Az-a açıqlamasında Elşən İbrahimov özü təsdiqləyib.
"Rusiya hökumətinin bu qərarının səbəbini nədə görürsünüz" sualına cavabında o deyib ki, yaxın günlərdə vətənə - Azərbaycana qayıdacaq və həmin vaxt məsələ ilə bağlı açıqlama verəcək.