Xəbər lenti

ADIF yenidən “Dəmirbank”ın kreditorlarına müraciət etdi
Ekonomiks 09:19 12.01.2018

ADIF yenidən “Dəmirbank”ın kreditorlarına müraciət etdi

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Dəmirbank”ın kreditorlarına növbəti dəfə müraciət edib.

Qaynarinfo report-a istinadən xəbər verir ki, müraciətdə bildirilir:

"Bakı Apellyasiya Məhkəməsi "Dəmirbank”ın müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla ADIF Banka ləğvedici təyin edilib. "Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və yaxud zəmanət barədə məlumat.

Kreditorlardan xahiş olunur ki, "Dəmirbank”ın Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanındalı "Əməliyyat idarəsi” filialına gəlməklə Fonda müraciət etsinlər”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->