Xəbər lenti

Adil Qeybulla:
Ölkə 17:12 07.07.2020

Adil Qeybulla: "Havadan gələn qoxu diskomfort yaradır"

"İki gündür havadan gələn kəskin iy-qoxunun tərkibini bilmirik".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılmasından danışarkən deyib.
 
Onun fikrincə, havadan gələn iyi-qoxu ciddi diskomfort yaradır:

"Ola bilər onun tərkibində zərərli, kimyəvi qazlar olsun. Hər halda dövlət , rəsmi orqanlar bununla bağlı məlumat versinlər, əhalini məlumatlandırsınlar. Yaxud da belə bir təhlükə var, evlərdə pəncərələri bağlayın və s. deyilsin. Yəni, narahatçılığa  son qoyulsun. Bu vacib məsələdir".

İyi-qoxunun yayılmasına gəlincə, Adil Qeybulla onun başqa  ölkədən gətirilmə ehtimalının olduğunu deyir:

" Ola bilər hansısa kimyəvi zavoddan axıdılsın, ya da başqa ölkədən gətirilə bilər".

Qeyd edək ki, ötən gün axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxu yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, buna səbəb "Sobsan" fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->