Xəbər lenti

ADP-dən istefa
Siyasət 16:25 18.06.2013

ADP-dən istefa

Azərbaycan Demokrat Partiyasının (ADP) Xəzər Rayon Təşkilatının sədri Novruz Əlixanov partiyadan istefa verib.

Bu barədə APA-ya N. Əlixanov özü məlumat verib.

Onun sözlərinə görə, istefaya partiyanın yürütdüyü siyasət və partiya sədri ilə yaranan fikir ayrılığı səbəb olub: “Son bir neçə aydır ki, ADP-də Milli Şuranı həm tərifləyir, həm də pisləyirlər. Partiyanın Milli Şura ilə bağlı mövqeyini bilmək olmur. Konkret istefaya səbəb bu barədə fikir ayrılığı olub. Ümumiyyətlə, son 4-5 aydır mən partiyanın iclaslarında Milli Şuranı müzakirə etmişəm, lakin ADP bunu qəbul etmir. Yəni konkret olaraq partiya sədri Sərdar Cəlaloğlu ilə ADP-nin Milli Şurada təmsilçiliyi ilə bağlı fikir ayrılığı var”.

İstefa ilə əlaqədar partiyaya heç bir rəsmi müraciət etmədiyini deyən N.Əlixanov bundan sonra siyasi fəaliyyətini AXCP-də davam etdirmək istədiyini vurğulayıb.

Məsələyə münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu isə açıqlamasında partiya funksionerinin istefasından məlumatsız olduğunu və buna normal yanaşdığını deyib. O qeyd edib ki, ADP-də Milli Şuraya münasibət birmənalıdır: “Biz Milli Şuranın Rusiya ilə əlaqələrindən narahatlığımızı ifadə edirik. Eyni zamanda bizi Milli Şuraya dəvət edən var ki, bizim də orada təmsilçiliyimiz müzakirə obyekti olsun? Bu adam özü başa düşmür ki, bu proseslərin mahiyyəti nədən ibarətdir. İstefa veribsə, bu onun konstitusion hüququdur. Seçim eləsin. İstəyirsə, çıxıb getsin, amma bunun Milli Şuraya nə dəxli var? Gündə bir qurum yaranacaq, biz də hər bir üzvün ürəyindən nə keçirsə, onu qəbul edə bilmərik ki. Hər halda, bizə heç bir müraciət daxil olmayıb”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->