Türkiyəli müğənni Ece Seçkinlə azərbaycanlı müğənni Afaq Aslan arasında olan mahnı qalmaqalı böyüyüb.
Qaynarinfo-nun məlumatına görə, A.Aslan Türkiyə mediasına müsahibə verərək, bildirib ki, E.Seçkinin mahnısını oğurlamayıb və bu iddiaya görə türkiyəli müğənnini məhkəməyə verib:
"Ecenin haqqımda sosial şəbəkədə status yazaraq bildirib ki, Afaq mahnımı oğurladı. Bu çox yanlış bir fikirdir. Mənim oxuduğum mahnı ilə onun oxuduğu mahnının heç bir əlaqəsi yoxdur. Məhz onun bu iddiasına görə artıq vəkilimə müraciət etmişəm. Ecenin Türkiyədə mənim adımla özünə gündəm qazanmasına razı ola bilmərəm. Hüquq təhsili alan bir müğənninin necə belə savadsız açıqlama verdiyini anlaya bilmirəm. Hüquqi təhsili olan bir insan bilməlidir ki, əlində heç bir rəsmi sənəd olmadan kimisə oğurluqda ittiham edə bilməz və bu bir qanun pozuntusudur. Bir mahnının digər mahnıya bənzəməsi normal bir şeydir. Bu o demək deyil ki, biz onun mahnısını oğurlamışıq. Bir də ki, onun məni yox, mahnının bəstəkarı barədə şikayəti ola bilər. Çünki mahnını mən yazmamışam, pul verib almışam. Ecenin barəmdə dedikləri özünü reklam etməkdən başqa bir şey deyil. Amma anlamır ki, kimlə üz-üzə gəlib. Mən heç kimdən qorxmuram. Ece Seçkin, səninlə məhkəmədə görüşəcəyik”.
Qeyd edək ki, Ece Seçkin Türkiyə mətbuatına müsahibə verərək bildirib ki, Afaq Aslan onun "Follow me” mahnısını oğurlayıb.
Şərhlər